Türkiyə və Rusiya XİN rəhbərləri Taxıl Sazişini müzakirə edib
Türkiyə xarici işlər naziri Hakan Fidan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
“Qərb Xəbər”xəbər verir ki, tərəflər Taxıl Sazişinin gələcəyini müzakirə ediblər.
Eyni zamanda, Türkiyədəki meşə yanğınlarında istifadə edilmək üçün Rusiyadan iri gövdəli yanğın təyyarəsinin təmin edilməsi müzakirə olunub.




