Ailə Tovuz Rayon Məhkəməsinin və Gəncə Apelyasiya məhkəməsinin onların leyhinə qərar çıxarmasına baxmayaraq, Dondar Quşçu Kənd Bələdiyyəsinin nümayəndəsi Gülnarə Quliyevanın Azad Azərbaycan Teleradio yayım şirkətinin əməkdaşlarının iştirakı ilə torpaq sahəsinə qoyulan dəmir darvazanı qeyri-qanuni sökdürdüyünü bildirir.
Bundan əlavə, hüseynovlar ATV kanalında yayımlanan “Tovuzda bir qrup sakinin yolunu kimlər kəsib” adlı sujetin tərəfli yayımlandığını deyirlər.
Dondar Quşçu Kənd Bələdiyyəsi onlara rəsmi məktub ünvanlayaraq 3 gün müddətinə torpaq sahəsindən yol açmaqlarını tələb edib. Məktubda o da qeyd olunub ki, yolu açmayacaqları təqdirdə ailəni 5 min manatdan 10 min manatadək cərimə və ya 1 ildən 2 ilədək həbs gözləyir.
“Qərb Xəbər” əməkaşlarının dəvəti ilə əraziyə gələn keçmiş bələdiyyə nümayəndəsi və yer quruluşları mühəndisi Məzahir Əliyev mübahisəli ərazinin hüseynovlar ailəsinə məxsus olduğunu sübut edən xəritəni təqdim edib və ailənin suvarma arxının təmizlənməsi üçün tələb olunan 3 metrlik ərazini bağlamadıqlarını və ərazidə ümumiyyətlə yolun nəzərdə tutulmadığını bildirib.
Ailə ölkə rəhbərliyindən və hüquq-mühafizə orqanlarından məsələnin xüsusi nəzarətə götürülməsini xahiş edir.
Qeyd edək ki, səslənən fikirlərə görə redaksiya məsuliyyət daşımır. Redaksiya olaraq qarşı tərəfin də mövqəyini işıqlandırmağa hazırıq.
Nihat Yusifov