Dünya

Türkiyə və Azərbaycan ortaq sərhəd təhlükəsizliyi məsələsini müzakirə edib

26 oktyabr / 14:33 1 dəq
7411c693 38f7 388f 8513 48161662a248
26 oktyabr / 14:33
Burada sizin reklamınız ola bilər

Türkiyənin Iğdır şəhərində Türkiyə və Azərbaycan sərhədində görüləcək təhlükəsizlik tədbirləri ilə bağlı görüş keçirilib.

“Qərb Xəbər” bildirir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Bildirilib ki, Iğdır valiliyində keçirilən görüşdə Türkiyə heyətinə vali Ercan Turan, Naxçıvan Muxtar Respublikasından getmiş heyətə isə polkovnik Bəhmən Babayev rəhbərlik edib.

İclasda ortaq sərhəd təhlükəsizliyi məsələsi müzakirə olunub.

Toplantının sonunda B.Babayev E.Turana Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının olduğu tablo hədiyyə edib.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər