Dünya

Türkiyə Prezidenti Böyük Britaniya Baş nazirindən Qəzza problemin həlli üçün İsrailə təzyiq göstərməyi xahiş edib

5 avqust / 07:24 1 dəq
Erdoğan starmer tel
5 avqust / 07:24
Burada sizin reklamınız ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi məlumat yayıb.

Danışıq zamanı Ərdoğan Qəzza zolağında atəşkəsin təmin olunması üçün İsrailə təzyiq göstərilməsinin və Fələstin probleminin iki dövlətli həll prinsipi əsasında həllinin vacibliyini vurğulayıb.

Ərdoğan əlavə edib ki, Türkiyə Qəzzaya mütəmadi olaraq humanitar yardım göndərir və bölgədə atəşkəsin əldə olunması, eləcə də müzakirələrin aparılması üçün vasitəçilərin səylərini dəstəkləyir.

Paylaş
Burada sizin reklamınız ola bilər