Dünya

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 15 %-ə qaldırıb

22 iyun / 15:32 1 dəq
C629bc8a f4d7 33ea a6a8 7c4e911e5ffb
22 iyun / 15:32
Burada sizin reklamınız ola bilər

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

“Qərb Xəbər” quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 6,5 faiz bəndi artırılaraq 8,5 %-dən 15 %-ə qaldırılıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il fevralın 23-də keçirilmiş iclasında 9 %-dən 8,5 %-ə endirilmişdi. Bugünki faiz artımı 27 aylıq fasilədən sonra ilk dəfə baş tutur.

“İnflyasiya proqnozunda əhəmiyyətli yaxşılaşma əldə olunana qədər, lazım olduqca və lazımi ölçüdə pul siyasəti mərhələli şəkildə sərtləşdiriləcək”, – deyə TMB bəyan edib.

Paylaş
Burada sizin reklamınız ola bilər