Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Türkiyəli nazir: “Zəngəzur dəhlizi İrandan keçə bilər”

5 oktyabr / 08:41 2 dəq
6a8d5e0e 1b06 3e52 b717 031a5eddd119
5 oktyabr / 08:41
Burada sizin reklamınız ola bilər

“Əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında iştirakdan imtina edərsə, dəhliz İrandan keçə bilər”.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “TRT” telekanalına müsahibəsində deyib.

“Vacib sual Zəngəzur dəhlizinin Ermənistandan keçib-keçməyəcəyidir. Dəhliz real coğrafi şərait nöqteyi-nəzərindən keçdiyi ərazilərin hər hansı biri üçün faydalı olacaq. Düşünürük ki, Ermənistan bu məsələyə siyasi vasitəçilik etmədən qiymət verəcək. Əks halda, alternativ dəhlizin İran sərhədlərindən keçməsi olacaq”, – deyə o qeyd edib.

Nazir qeyd edib ki, dəhlizin bəzi hissələri istisna olmaqla, Zəngəzur marşrutu artıq böyük miqyasda hazırdır:

“Bakıdan Xankəndi şəhərinə gedən marşrut var. Bundan sonra Türkiyə şirkətinin Ermənistanla sərhədə qədər apardığı işlər gəlir. Naxçıvanda 110 km-ə yaxın marşrut var və orada yolların bir az salınmasına ehtiyac var. Bundan sonra marşrut Qarsa gedəcək. Türkiyə ərazisində 224 km yol olacaq”.

Onun sözlərinə görə, yaxın vaxtlarda Naxçıvan ərazisində işlərə başlanacaq: “Və bir ay ərzində Türkiyə marşrutun bir hissəsinin öz ərazisində tikintisi üçün tender keçirəcək”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı