Türkiyədə silahlı insident baş verib, bir polis həlak olub
İstanbulun Böyükçeşməcə rayonunda baş verən silahlı insident nəticəsində bir polis həlak olub.
“Qərb Xəbər” Türkiyə KİV-inə istinadən xəbər verir ki, iki nəfərin havaya atəş açması məlumatı üzərinə polislər hərəkətə keçib.
Nəticədə hadisə yerinə cəlb olunan və mənzildə əməliyyat-axtarış tədbirləri aparmaq istəyən polis əməkdaşları ilə silahlı şəxslər arasında insident baş verib. Onlardan biri polislərə atəş açıb. Hadisə zamanı bir polis həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı