Dünya

Türkiyə KİV: Rusiyanın Ankaradakı səfirinin qətli ilə bağlı daha bir nəfər saxlanılıb

15 avqust / 16:23 1 dəq
64db368dc569964db368dc569a169208794964db368dc569564db368dc5697
15 avqust / 16:23
Burada sizin reklamınız ola bilər

Rusiyanın Ankaradakı səfirliyi sabiq səfir Andrey Karlovun 2016-cı ildə qətlə yetirilməsi ilə bağlı Türkiyədə yeni fiqurantın həbsi barədə məlumat almayıb.

“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.

 

Qeyd edək ki, Türkiyə KİV bu gün ölkənin xüsusi xidmət orqanlarının Rusiyanın sabiq səfirinin qətli işi ilə bağlı yeni fiqurantın saxlanılması xəbərini yayıb.

Bildirilib ki, 2016-cı ilin 9 dekabrında Ankarada sərginin açılışında rusiyalı diplomatı güllələyən və hadisə yerində öldürülən polis əməkdaşı Mevlüt Mert Altıntaşa təşkilat içində tabe olan Ş.S.-nin həyat yoldaşı A.S. polis tərəfindən saxlanılıb.

Saxlanılan qadın Ankarada 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan Türkiyədə qadağan olunmuş FETÖ təşkilatının üzvüdür.

Paylaş
Burada sizin reklamınız ola bilər