Bölgə xəbərləri

“Turan Tovuz”un yoxlama oyunundakı rəqibi dəyişib

16 yanvar / 11:30 1 dəq
Indir 2023 01 16T113013.569
16 yanvar / 11:30
Burada sizin reklamınız ola bilər

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz”un yoxlama görüşündəki rəqibi dəyişib.

“Qərb Xəbər” klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi yanvarın 17-dəki son sınaq matçında öncədən nəzərdə tutulduğu kimi, Polşa “Qurnik”i ilə qarşılaşmayacaq.

Əvəzində baş məşqçi Ayxan Abbasov həmin gün yetirmələrini Qazaxıstan təmsilçisi “Jetisu” önünə çıxaracaq.

Qeyd edək ki, yanvarın 3-dən Antalyada toplanış keçən “Turan Tovuz” keçirdiyi yoxlama görüşlərində “Petrolul”a (Rumıniya) 2:3 hesabı ilə məğlub olub, “Aarau”ya (İsveçrə) isə 1:0 hesabı ilə qalib gəlib.

Paylaş
Burada sizin reklamınız ola bilər