Bu gün Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.
Günün ilk matçında “Turan Tovuz” “Sabah”ı qəbul edəcək. Tura “Sumqayıt” – “Qəbələ” görüşü ilə vurulacaq.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Neftçi” “Səbail”i 3:1 hesabı ilə üstələyib, “Kəpəz” Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib – 1:1, “Qarabağ” isə “Zirə”nin müqavimətini qıra bilməyib – 0:0.
Azərbaycan Premyer Liqası, XV tur
29 noyabr
14:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
Tovuz şəhər stadionu