Bölgə xəbərləri

“Turan Tovuz” klubu 1600 manat cərimə olunub

14 mart / 17:10 1 dəq
AFFA
14 mart / 17:10
Burada sizin reklamınız ola bilər

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, toplantıda Azərbaycan Premyer Liqasının XXVI turunda yaşananlara hüquqi qiymət verilib.

“Kəpəz” – “Zirə” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib. Oyun günü planının pozulmasına görə “Kəpəz” klubu 800 manat cərimələnib.

“Turan Tovuz” – “Qəbələ” oyununda ev sahibi komandanın azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə “Turan Tovuz” klubu 1600 manat cərimə olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər