“Turan Tovuz” klubu futbolçusu Ehtiram Şahverdiyevlə yollarını ayırıb.
“Qərb Xəbər” bölgə təmsilçisinin rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Ehtiram Şahverdiyev 2022-ci ildən “Turan Tovuz”da çıxış edir. O, daha əvvəl “Qəbələ” və “Sumqayıt”ın da formasını geyinib.