Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Atəşkəs hərtərəfli olmalıdır -Zelenski

11 may / 11:14 2 dəq
Vladimir zelenski
11 may / 11:14
Burada sizin reklamınız ola bilər

Ukrayna Avropa ölkələri və ABŞ ilə birlikdə 12 may tarixindən etibarən tam və şərtsiz atəşkəsin başlanması barədə razılığa gəlib. Bu atəşkəsin azı 30 gün davam etməsi nəzərdə tutulur.

Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “İstəklilər Koalisiyası” ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Biz birlikdə Rusiyadan bunu tələb edirik. Bilirik ki, bu məsələdə bizi Amerika Birləşmiş Ştatları dəstəkləyir. Şərtsiz atəşkəs – yəni heç bir şərt olmadan. Hər hansı bir şərt irəli sürmək niyyəti, münaqişəni uzatmaq və diplomatik prosesi pozmaq istəyi deməkdir. Atəşkəs hərtərəfli olmalıdır – havada, dənizdə və quruda”, – deyə Zelenski vurğulayıb.

Zelenskinin sözlərinə görə, ABŞ ilə koordinasiya şəraitində atəşkəsin monitorinqini təmin etmək tamamilə mümkündür. Bu 30 günlük atəşkəs diplomatiyaya real şans verəcək.

“Bu müddət ərzində iş təhlükəsizlik, siyasi və humanitar sülh əsaslarının müəyyənləşdirilməsinə yönəldiləcək. Biz sevinirik ki, atəşkəsin və məzmunlu diplomatiyaya keçidin zəruriliyi bütün tərəflər tərəfindən dəstəklənir – təkcə Avropa ölkələri deyil, həm də bu təşəbbüslə ilk çıxış edən ABŞ”, – deyə Zelenski bildirib.

Fransa Prezidenti Emmanuel Makron isə əlavə edib ki, atəşkəsdə əsas rolu ABŞ oynayacaq, lakin bütün tərəfdaş ölkələr bu prosesdə iştirak edəcək.

“Pozuntu halında biz Rusiya Federasiyasına qarşı genişmiqyaslı sanksiyaların tətbiqi ilə bağlı razılığa gəldik. Bu məsələ amerikalılar və avropalılar tərəfindən hazırlanacaq və koordinasiya olunacaq”, – deyə Makron qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı