Tramp: Ukraynaya çox kömək edirəm,amma bu müharibə olmamalı idi.
ABŞ Rusiya ilə müharibə şəraitində olan Ukraynaya çoxsaylı yardımlar edir.
Qerbxeber.com APA-ya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
Amerikalı liderdən nə üçün ABŞ-ın Ukraynaya da İsrailə etdiyi kimi yardım etmədiyi soruşulub.
Prezident Tramp cavabında deyib ki, əgər o prezident olsaydı, Rusiya ilə Ukrayna arasında hər hansı müharibə başlamazdı:
“Ukraynaya kömək edirəm. Ona çox kömək edirəm. Bu müharibə heç vaxt başlamamalı idi. Əgər mən prezident olsaydım, bu gün Rusiya ilə müharibəniz olmazdı”.
O həmçinin əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxın günlərdə yaxşı telefon danışığı aparıb.
Lakin Vladimir Putinlə keçirdiyi son telefon danışığından məyus olduğunu da xüsusi qeyd edib




