Tramp: Səfirliyə hücumla bağlı cavab tədbirləri görüləcək
ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda yerləşən ABŞ səfirliyinə hücum və amerikalı hərbçilərin ölümü ilə bağlı cavab tədbirlərinin görüləcəyini bəyan edib.
Donald Tramp bu barədə “NewsNation”a açıqlamasında danışıb.
Onun sözlərinə görə, konkret hansı addımların atılacağı yaxın vaxtlarda məlum olacaq.
“Biz onlara böyük zərbə vuracağıq. Onlara kolossal ziyan yetirəcəyik”, – deyə Tramp bildirib.
Bundan əvvəl “Tasnim” agentliyi Ər-Riyaddakı ABŞ səfirliyində partlayışdan sonra yanğın baş verdiyini yazmışdı.
Daha sonra Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi səfirliyin iki pilotsuz uçuş aparatı ilə hücuma məruz qaldığını açıqlayıb.




