Dünya

Tramp Rusiyanın neft, qaz və bank sektorlarına qarşı sanksiyaları sərtləşdirir

14 mart / 08:57 1 dəq
67d37324c446867d37324c4469174191082067d37324c446667d37324c4467
14 mart / 08:57
Burada sizin reklamınız ola bilər

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyanın neft, qaz və bank sektorlarına qarşı əlavə məhdudiyyətlər tətbiq edir.

Qerbxeber.com xəbər verir ki, bu barədə “CBS” telekanalı mənbələrə istinadən məlumat yayıb.

“Tramp administrasiyası Rusiyanın neft, qaz və bank sektorlarına əlavə məhdudiyyətlər tətbiq edərək, Rusiyanın ABŞ-nin ödəniş sistemlərinə çıxışını daha da məhdudlaşdırır”, – məlumatda deyilir.

Qeyd olunur ki, məhdudiyyətlərin gücləndirilməsi həm də ABŞ administrasiyasının Moskvanı Rusiyanın Ukraynaya qarşı müharibəsində təklif olunan 30 günlük atəşkəslə razılaşmağa inandırmaq cəhdi ilə bağlıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər