Dekabrın 27-si Tovuz Rayon Əlimərdanlı kənd Mədəniyyət evində Vətən müharibəsi qazisi Hüseyn Mustafayevin müalicəsinin davam etdirilməsinə yardım məqsədilə xeyriyyə konserti proqramı təşkil edilib.
Qazinin yaxınları “Qərb Xəbər” vasitəsilə ölkə Prezidenti İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.