Dünya

Tramp Medvedevi hədələdi, onun cavabı isə gecikmədi

31 iyul / 11:22 1 dəq
Medvedev trump
31 iyul / 11:22
Burada sizin reklamınız ola bilər

 

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın onun ünvanına səsləndirdiyi fikirlərə cavab verib.

Qerbxeber.com xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yazıb.

“Əgər Rusiyanın keçmiş prezidenti sözləri ilə güclü ABŞ liderində belə narahatlıq yaradırsa, deməli, biz haqlıyıq və öz yolumuzla irəliləməyə davam edəcəyik” , – Medvedev bildirib.

Qeyd edək ki, Donald Tramp Dmitri Medvedevin ünvanına kəskin ifadələr işlədib.

“Prezidentliyi baş tutmayan, hələ də özünü Rusiya Prezidenti hesab edən Medvedevə deyin ki, sözlərinə diqqət etsin! O, çox təhlükəli ərazilərə girir”, – Tramp vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər