Dünya

Tramp: Kiyev danışıqlarda iştirak etmək istəyirsə, seçkilərə ehtiyacı var

19 fevral / 10:06 1 dəq
67b50a81e7f7867b50a81e7f79173991795367b50a81e7f7667b50a81e7f77
19 fevral / 10:06
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna münaqişəni həll etmək üçün danışıqlar masası arxasında oturmaq istəyirsə, seçkilərə ehtiyacı var.

Qerbxeber.com xəbər verir ki, Ağ Ev rəhbəri bunu Mar-a-Laqodakı malikanəsində jurnalistlərə açıqlamasında bildirib.

“Biz elə bir vəziyyətlə üzləşmişik ki, Ukraynada seçkilər olmayıb, Ukraynada hərbi vəziyyət hökm sürür. Ukraynada lider haradadır? Demək istəmirəm, amma ona etimad reytinqi 4%-ə enib. Ölkə parça-parça olub, əksər şəhərlər dağıdılıb. Binalar dağıdılıb. Bu, böyük bir söküntü sahəsinə bənzəyir”, – Tramp vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər