Dünya

Tramp İvanişvili ilə bağlı skandal hesabatı imzalayan konqresmenə yüksək vəzifə verdi

14 noyabr / 20:09 1 dəq
Tramp ve kongresmen
14 noyabr / 20:09
Burada sizin reklamınız ola bilər
 ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp respublikaçı Mayk Uoltsu özünün milli təhlükəsizlik müşaviri təyin edib.

Qerbxeber.com Gürcüstan mediasina istinadən xəbər verir ki, bu barədə Amerika lideri sosial şəbəkədə məlumat verib.

Tramp qeyd edib ki, onun gələcək milli təhlükəsizlik müşaviri Çin, Rusiya, İran və qlobal terrorizmdən gələn təhdidlər üzrə ekspert hesab olunur.

Qeyd edək ki, Mayk Volts ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasında Florida ştatını təmsil edir və Amerikanın xüsusi təyinatlı qüvvələrində xidmət edən ilk “Yaşıl Beret”dir ki, Konqresə seçilib. Volts, Nümayəndələr Palatasında Çinlə mübarizə və Çinə resurs asılılığının azaldılması mövzuları ilə məşğul olur və Respublikaçılar Partiyasında Pekinin əsas tənqidçilərindən biri hesab olunur.

Xatırladaq ki, 2020-ci ildə Mayk Volts daha 12 konqresmenlə birlikdə Bidzina İvanişvili “Putinin yaxın müttəfiqi” kimi xarakterizə olunur hesabatını imzalayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər