Tramp: İranı cəhənnəmə çevirməyə 48 saat qalıb
ABŞ Prezidenti Donald Tramp İrana Hörmüz boğazını açmaq və saziş bağlamaq üçün on gün vaxt verdiyini xatırladıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə o, “Truth” sosial mediasında yazıb.
Tramp bildirib ki, verilən vaxt bitmək üzrədir. “İrana razılaşma əldə etmək və ya Hörmüz boğazını açmaq üçün 10 gün vaxt verdiyimi xatırlayırsınız? Onlara cəhənnəmi yaşatmaq üçün 48 saat qalıb”, – deyə Tramp əlavə edib.





