Dünya

Tramp: ABŞ iki həftə ərzində rüsumlarla bağlı ölkələrə məktub göndərəcək

12 iyun / 08:17 2 dəq
Trump Tramp
12 iyun / 08:17
Burada sizin reklamınız ola bilər

ABŞ prezidenti Donald Tramp, təxminən iki həftə ərzində ölkələrə rüsum dərəcələrini ehtiva edən razılaşma məktubları göndərməyi planlaşdırdıqlarını açıqlayıb.

Qerbxeber.com xəbər verir ki, məsələ ilə bağlı Prezident Vaşinqtondakı Kennedi Mərkəzində danışıb.

Bundan başqa Çinlə də razılıq əldə etdiklərini vurğulayan Tramp, razılaşmadan çox məmnun olduqlarını və lazım olan hər şeyə sahib olduqlarını deyib.

Bir çox ölkənin onlarla ticarət razılaşması əldə etmək istədiyini qeyd edən Tramp Yaponiya, Cənubi Koreya və bir çox başqa ölkə ilə görüşdüklərini deyib.

“Hazırda təxminən 15 ölkə ilə danışırıq. Lakin bildiyiniz kimi, ümumilikdə 150-dən çox ölkə var və biz onların hamısı ilə danışa bilmərik. Beləliklə, təxminən bir həftə yarım, iki həftə ərzində bəzi ölkələrə məktublar göndərəcəyik və onlara razılaşmanın nədən ibarət olduğunu deyəcəyik”, – Tramp bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər