Bölgə xəbərləri

Tovuzun kəndləri internetlə təmin edilməyə başlayıb

25 fevral / 10:10 1 dəq
W 1616772356531062026971 1000x669
25 fevral / 10:10
Burada sizin reklamınız ola bilər

“Aztelekom” MMC Tovuz rayonunun Aşağı Öysüzlü, Qazqulu, Bozalqanlı, Abulbəyli, Düz Cırdaxan, Cəlilli kəndlərində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb.

MMC-nin mətbuat katibi Alidə Mustafayeva bildirib ki, Tovuz rayonunda, ümumilikdə 5610 ev təsərrüfatı yüksəksürətli internetlə əhatə olunub. Hazırda 1841 abunəçi müvafiq xidmətlərdən yararlanır və yeni qoşulmalar davam edir.

Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha sürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:

– internet;

– internet + telefoniya;

– internet + televiziya;

– internet + telefoniya + televiziya.

Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Tovuz rayonu, Sabir küçəsi 26), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.

w_1616772356531062026971_1000x669 w_1616772356531693456843_1000x669 w_1616772356533976412020_1000x669

Paylaş
Burada sizin reklamınız ola bilər