Tovuzda Zəfər günü”nə həsr edilən sərgi təşkil olunub
Tovuz şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “8 noyabr – Zəfər günü”nə həsr olunan məktəblilərin rəsm və əl işlərinin, eyni zamanda vətənpərvərlik mövzusunda yazılmış kitabların nümayiş olunduğu sərgi təşkil olunub.
“Qərb Xəbər” bildirir ki, sərginin keçirilməsində məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaqdır. Eyni zamanda, xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdir.
Sərgini Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz təhsil sektorunun müdiri Elmira Mürşüdlü, müəllimlər, ictimaiyyət nümayəndələri, şagirdlər izləyiblər.




