Bölgə xəbərləri

Tovuzda yük maşını dərəyə aşıb

31 may / 11:57 1 dəq
633c4ec3 e819 464a a3a7 526820eee564
31 may / 11:57
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə Tovuz rayon Ağacqala kənd ərazisində qeydə alınıb. 

Tovuz rayon sakini, 1977-ci il təvəllüdlü Nüsrət Valeh oğlu Məhərrəmov idarət etdiyi yük maşını ilə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.  

Avtomobilin aşdığını görən sürcü özünü maşından atıb. Dərəyə aşan yük avtomobili yanmağa başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub  və yanğın söndürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər