Bölgə xəbərləri

Tovuzda “Yaradıcılıq emalatxanası”na yekun vurulub

8 dekabr / 02:59 1 dəq
16704233955547313106 750x500
8 dekabr / 02:59
Burada sizin reklamınız ola bilər

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tovuzda gənclərin “Yaradıcılıq emalatxanası” layihəsi həyata keçirilib. Layihə “Şuşa İli” və “Tovuz – Gənclər Paytaxtı” Tədbirlər planlarına müvafiq olaraq icra edilib.
“Qərb Xəbər” bildirir ki, gənclər “Şuşa yaradıcılıq emalatxanası”nda incəsənətin foto, rəssamlıq və telejurnalistika, “Tovuz yaradıcılıq emalatxanası”nda isə kino, teatr, rəqs və estrada ifaçılığı sahələri üzrə təlimlərə qatılıblar.
Dekabrın 7-də Tovuzdakı Nizami Mədəniyyət Evində layihələrin bağlanış konserti və yekun sərgisi keçirilib, gənclər bir həftə ərzində öyrəndiklərini səhnədə nümayiş etdiriblər.
Layihələrdə, ümumilikdə, 80-dən çox gənc iştirak edib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər