Bölgə xəbərləri

Tovuzda toyda bıçaqlanma hadisəsi baş verib

16 iyun / 10:28 1 dəq
Bıçaqlanma
16 iyun / 10:28
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunda toy mərasimində 44 yaşlı kişi bıçaqlanıb.

“Qərb Xəbər”in “Report”a istinadən məlumatına görə, hadisə rayonun Əhmədabad kəndində qeydə alınıb.

Toy mərasimində baş vermiş mübahisə zəminində 44 yaşlı Fazil Yahyayev bir bıçaq xəsarəti alıb.

O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Mübahisənin hansı səbəbdən baş verdiyi və zərərçəkmişin kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər