Tovuz rayonunun Əlimərdanlı kənd ərazisində taxıl sahəsində yanğın hadisəsi baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə yerrinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.