Tovuzda Səfərbərlik Xidmətinin rəisi vətəndaş qəbulu keçirəcək
Səfərbərlik Xidmətinin rəisi Tovuzda vətəndaş qəbulu keçirəcək.
Bu barədə Qerbxeber.com-a Dövlət Xidmətindən məlumat verilib.
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 13-də saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Tovuz rayonunda yerləşən Nizamı adına Mədəniyyət Evində Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların 10 iyun tarixinədək SHXÇDX-nın adları qeyd olunan rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.




