Dünya

Fransada yeniyetmənin öldürülməsindən sonrakı iğtişaşlar zamanı 150 nəfər saxlanılıb

29 iyun / 10:28 1 dəq
4b8c7fcd 9304 3a83 a4bc ef79ff3c98ac
29 iyun / 10:28
Burada sizin reklamınız ola bilər

Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan 17 yaşlı yeniyetmənin öldürülməsindən sonra başlayan iğtişaşlar zamanı 150 nəfər saxlanılıb.

“Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanin bildirib.

“Respublikanın simvollarına qarşı qəbuledilməz zorakılıq gecəsi: bələdiyyə binalarına, məktəblərə və komissarlıqlara hücumlar və ya onların yandırılması. 150 nəfər həbs edilib”, – o, tviterdə yazıb.

Paylaş
Burada sizin reklamınız ola bilər