Gənclərin məşğulluğu və mövcud potensiallarının reallaşdırılmasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyi və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Tovuz rayonunda Region gənclərinin məşğulluq marafonu keçirilib.
“Qərb Xəbər” bildirir ki, marafonda gənclərin məşğulluq prosesinə aktiv cəlb olunması, işə götürənlərlə gənclərin birbaşa ünsiyyət imkanının yaradılması məqsədilə əmək yarmarkası təşkil edilib. Yarmarkada 22 müəssisə 214 vakant iş yeri ilə təmsil olunub.
Həmçinin Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının təlimçiləri tərəfindən müasir dövrün tələblərinə cavab verən gənc kadrların potensialının gücləndirilməsi məqsədilə “Müasir əmək bazarının tələbləri” və “Effektiv CV/Resume hazırlığı” mövzularında infosessiyalar da keçirilib.
Tovuz, Qazax, Ağstafa, Şəmkir rayonlarından olan iş axtaran gənclər marafonda iştirak edərək, həm iş tapmaq, həm də infosessiyaya qatılmaq imkanı əldə ediblər.