Tovuzda qətl hadisəsi baş verib
Tovuz rayonunun Öysüzlü kəndində 37 yaşlı qadın qətlə yetirilib.
“Qərb Xəbər”in məlumatına görə, kənd sakini, 1985-ci il təvəllüdlü Ramilə Rüstəmova öldürülüb.
Hadisəni törətməkdə onun həyat yoldaşı şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.




