Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

Tovuzda orta məktəbdə mülki müdafiə tədbiri keçirilib – FOTO

17 may / 11:46 2 dəq
6464817a728576464817a7285816843083466464817a728536464817a72855
17 may / 11:46
Burada sizin reklamınız ola bilər

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində nümunəvi mülki müdafiə tədbiri keçirib.

FHN-dən “Qərb Xəbər”ə verilən məlumata görə, tədbirin əsas məqsədi ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiə işinin təşkili məsələlərinə cəlb edilməsi, vətəndaşlara fövqəladə hallar zamanı düzgün davranış qaydalarının aşılanması olub.

Tədbirdə FHN-in Gəncə Regional Mərkəzinin, Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin, Tovuz Rayon İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin, eləcə də Tovuz rayonunda yerləşən ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi, ümumtəhsil müəssisələrinin rəhbərlərinin, pedaqoji kollektivlərin, şagirdlərin diqqətinin bu sahəyə cəlb edilməsi baxımından belə tədbirlərin keçirilməsinin vacib olduğunu bildiriblər. Həmçinin, çıxışlarda mülki müdafiə sahəsində qurumlararası birgə fəaliyyətin və sıx əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığı vurğulanıb.

 

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı