Tovuzda “Narkomaniya ilə mübarizə”yə aid tədbir keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin və rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə N.Sadıqov adına Alakol kənd tam orta məktəbdə “Narkomaniya ilə mübarizə”yə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Svetlana Verdiyeva, rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, Tovuz RPŞ-nin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
“Qərb Xəbər” məlumat verir ki, tədbirdə “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemləri diqqətə çatdırıb. Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğu, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyi, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığı, cinayətkarlığın artmasına səbəb olduğu qeyd olunub.




