Tovuzda müəllimlər günü qeyd olunub
Oktyabrın 4-də Tovuz Dövlət Sosial-İqtisadi Kollecində 5 oktyabr müəllimlər günü qeyd edilib.
“Bölgənin Səsi” saytının məlumatına görə, konsert-tədbir kollecin Tələbə Gənclər təşkilatının təşəbbüsü ilə təşkil olunub.
Konsertdə iştirak edən fəal tələbələr Tələbə Gənclər Təşkilatı və Tədris şöbəsi tərəfindən təşəkkürnamə ilə təltif olunub.







