Bölgə xəbərləri

Tovuzda kəndlərin su təchizatı yaxşılaşdırılır

21 noyabr / 12:04 2 dəq
1edd89ee6d210f8d96fb2470ff4c5457
21 noyabr / 12:04
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunun Ağdam, Vahidli, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Əlibəyli, Mülkülü və Hacıalılı kəndlərinin su təchizatının yaxşılaşdırılması işlərinə başlanılıb.

“Qərb Xəbər” bildirir ki, Ağdam və Vahidli kəndlərinin su təchizatının yaxşılaşdırılması layihəsinə əsasən hər iki kəndi içməli su ilə təmin edəcək 8 ədəd müxtəlif ölçülü su anbarı inşa olunacaq, magistral su xəttlərinin uzunluğu 9881 metr olmaqla 211 bulaq quraşdırılacaqdır. Ağdam kəndinin əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması layihəsinə əsasən uzunluğu 1980 metr su xəttləri çəkiləcək və 1000 kubmetr tutumu olan su anbarı inşa ediləcəkdir.

Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinin su təchizatının yaxşılaşdırılması layihəsinə əsasən 7 ədəd subartezian quyusu qazılacaq, 14 ədəd müxtəlif ölçülü su anbarları inşa olunacaqdır.

 

Paylaş
Burada sizin reklamınız ola bilər