Bölgə xəbərləri

Tovuzda insanlar apteklərə hücum çəkdi

31 mart / 12:22 1 dəq
IMG 20200331 WA0010
31 mart / 12:22
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunda fəaliyyət göstərən apteklərdə sıxlıq yaşanıb.

“Qərb Xəbər” saytının məlumatına görə, rayonda yalnız bir neçə aptekdə maska və tibbi spirt var, onlarda da növbə yaranıb.

Fotolardan da göründüyü kimi, növbədə dayanan insanların, eləcə də əczaçıların maskaları yoxdur.

Qeyd edək ki, Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması ilə əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət bu gündən 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər