Bölgə xəbərləri

Tovuzda dəhşətli qəzada ölənlərin sayı 7-ə çatdı-ADLAR….

28 noyabr / 17:16 2 dəq
Tovuz qeza esger
28 noyabr / 17:16
Burada sizin reklamınız ola bilər

Tovuzda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan mülki şəxslərin kimliyi məlum olub.

“Report”un məlumatına görə, hadisə nəticəsində “Mercedes” markalı avtomobildə olan E.Həsənov dünyasını dəyişib.

Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarəti alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Daha sonra, Gəncə şəhəri Abbas Səhhət xəstəxanasına təxliyə olunan yeniyetməni xilas etmək mümkün olmayıb. Bu gün xəstəxanada vəfat edib.

Müdafiə Nazirliyi (MN) Tovuzda yol-nəqliyyat hadisəsində ölənlərdən beşinin hərbçi olduğunu təsdiqləyib.

Nazirlikdən Qerbxeber.com-a verilən məlumata görə, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu – baş gizir Ruslan Əhliman oğlu Qurbanov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Qabil Qaybalı oğlu Alıyev, çavuş Bəhlul Aydın oğlu Əliyev, çavuş Qələndər Mail oğlu Əhmədov və kiçik çavuş Turan Cavad oğlu Mehdiyev həlak olublar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər