Hadisə

Tovuzda avtomobilin Kürə düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti tapılıb

14 avqust / 15:43 1 dəq
66bc96e9367bb66bc96e9367bc1723635433da77bc719cc7796fdee63adddb565bbc
14 avqust / 15:43
Burada sizin reklamınız ola bilər

İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qerbxeber.com xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər