Bölgə xəbərləri

Tovuzda ər arvadı bıçaqlayıb

21 oktyabr / 10:25 1 dəq
Images (18)
21 oktyabr / 10:25
Burada sizin reklamınız ola bilər

Tovuzda bıçaqlanma hadisəsi olub.

“Qərb Xəbər” bildirir ki, hadisə Tovuz rayonunun Əyyublu kəndində fərdi yaşayış evində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Malik Mirzəyev qısqanclıq zəminində əlində olan mətbəx bıçağı ilə arvadı –
2000-ci il təvəllüdlü Tükəzban Mirzəyevanı vuraraq ona qarın boşluğuna işləyən bıçaq yarası və sağ
bazunun tış hissəsinin kəsilmiş bıçaq yarası xəsarətlərini yetirib.

Faktla bağlı Tovuz RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər