Azərbaycanda və dünyada hökm sürən koronavirusla bağlı karantin və izoliyasiya dönəmində insanların ən çox müraciət etdiyi məkan apteklərdir.
“Qərb Xəbər” olaraq bizə bir sual maraqlı idi ki, görəsən insanlarımız bugünlərdə tibbi maska və spirtdən başqa daha hansı dərmanları soruşurlar?
Bu məqsədlə Qazax şəhərində fəaliyyət göstərən bir neçə aptekdən bu suala cavab axtardıq. Deməli, tibbi maska və spirtdən başqa vətəndaşların aptekdən istədiyi dərmanlar aşağıdakı kimi sıralanır:
1) Arbidol;
Hazırda satışda yoxdur. Rusiya mətbuatında və sosial şəbəkələrdə koronavirusla bağlı haqqında danışılıb.
2) Erqerefon;
Satışda var. İnterferon tərkiblidir. Viruslu infeksiyaların, xüsusilə qripin müalicəsində istifadə olunur.
3) Aneferon;
Satışda var. İnterferon tərkiblidir. Viruslu infeksiyaların, xüsusilə qripin müalicəsində istifadə olunur.
4) Delagil;
Hazırda satışda yoxdur. Vaxtilə malyariya əleyhinə istifadə olunub.
5) İmunal;
Hazırda satışda yoxdur. İmuniteti qaldırmaq üçün istifadə olunur.
Gördüyünüz kimi, vətəndaşlar sosial şəbəkə və internet-axtarış provayderlərində axtarıb tərkibi barədə oxuduqları dərmanların adını götürüb apteklərə üz tutur, bu virusdan özünü qorumağa çalışır.
Apteklərdən bizə bildirdilər ki, əvvəllər istifadə qaydası barədə içliklərində koronavirusla bağlı məlumat olmayan bu dərmanların koronavirusa kömək etdiyi bildirilir və içliklərində yazılır.
Qeyd edək ki, bu durumda da işbazlar iş başındadır. Vətəndaşlarımızdan ehtiyatlı olmağı xahiş edirik! İnternetdə yazılar hər informasiyanı doğru qəbul etməsinlər. Dərman alarkən həkim məsləhətindən yararlansınlar.