Bu gün axşam saatlarında Tovuzun dağ kəndlərinə dolu yağıb.
Bu gün axşam saat 18-dən sonra,Tovuz rayonun Əsrik dərəsi deyilən dağ kəndlərinə güclü, uzunmüddətli dolu və leysan yağıb. Yağan dolunun ağırlığı və böyüklüyü normadan xeyli artıq olub.
“Bölgənin Səsi” xəbər verir ki, əkin sahələri və fərdi təsərrüfatlara ziyan dəyib. Bu təbiət hadisəsi həmin vaxt ərazidə olan əməkdaşlarımız tərəfindən lentə alınıb.
Əməkdaşlarımızın çəkdiyi foto və videoları təqdim edirik: