Bölgə xəbərləri

Deputat:” Arzu edirəm ki, azərbaycanda bu görüşlərdə iştirak edəcək”

18 iyul / 17:38 4 dəq
8019e3a0 cd0b 443c 9422 130c8c056584
18 iyul / 17:38
Burada sizin reklamınız ola bilər

Türkiyə mətbuatı xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 18-19-da İrana rəsmi səfər edəcək. Burada üçtərəfli sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və İran İbrahim Rəisi ilə görüşəcək. Sammit zamanı Ərdoğanla Putinin iki tərəfli görüşü də planlaşdırılıb.
Qeyd edək ki, Ərdoğanın iyulun 19-u iştirak edəcəyi bu sammit 3 dövlətin birlikdə iştirak edəcəyi 7-ci samitdir. Sammit sırasında Suriyadakı vəziyyət, terror təşkilatlarına qarşı mübarizə və humanitar vəziyyət də müzakirə olunacaq.

c91d5c2c-d965-41c3-947f-e24b58c4f9b8

Görüşlə bağlı siyasi şərhçi və deputatın sözlərinə görə, sammit sırasında əsas məsələlərdən biri cənub-şimal koridoru, dəmir yolları lahiyəsi və yeni kommunakisayalardır. “ReAl” partiyasının icraçı katibi Natiq Cəfərli vurğulayıb ki, bu görüşdə hər 3 dövlətin bu məsələlərə kifayət qədər marağı var: “Görüşün açıq hissəsində kommukasiyalardan danışılacaq. Həmçinin cənub-şimal koridoru, şərq-qərb koridoru, dəmir yolları, avtomobil yolları, bölgə ölkələrinin maraqları çərçivəsində maşrutların yenilənməsi və s. məsələlər müzakirə olunacaq mövzulardandır”.
N.Cəfərli qeyd etdi ki, dövlətlər maraqlarının təminatı üçün yeni müqavilələrin imzalanması gözlənilən nəticədir.
Deputat Zahid Oruc görüş sırasında əsas müzakirə olunacaq mövzulardan birinində Suriya məsələsi olduğunu söylədi.

 

b53e4bf1-5a28-4b4f-ae66-1ead7c0b4f1f

“İlk olaraq qətiyyən Türkiyə ilə Rusiyanın hazır ki, dövrdə Yaxın Şərqdə hərbi cəhətdən toqquşmasına yol verilməməlidir. Çünki bu, Ukrayna probleminədə mənfi təsir göstərə bilər. Rusiyanın qlobal sanksiyalara məruz qaldığı dönəmdə Türkiyənin fərqli bir xətt yürütməsi fonunda sanki onun apardığı sülhpərvər siyasət, barış xətti Suriyadakı hadisələr yönündən zədələnmiş olar. İkinci, İranla bağlı məsələlərdə də, kifayət qədər gərginliklər özünü göstərməkdədir. Birləşmiş Ştatlar və Avropa Birliyi bölgədə fəal bir mövqe tutmağa çalışırlar. Bu səbəbdən də fikrimcə, İranın atdığı addımlar da önəm daşıyır”.
Deputat hazırda 3 dövlətlədə yaxın münasibətimizin mövcudluğunu qeyd edib: “Burada məsələnin başqa bir önəmli cəhətidə ondan ibarətdir ki, şimal-cənub lahiyəsi, dəmir yolları lahiyəsi, yeni komunakasiyalar, yeni ticari sövdələşmələr və s. hamısı yenədə Azərbaycan üzərindən keçməlidir. Biz bu mövzuda strateji önəm daşıyan bir ölkəyik. Və qələbəmiz həmdə bizim imkanlarımızı daha genişləndirir”.

Z.Oruc bu formatın genişlənməsini və Azərbaycanın iştirakından danışıb: “Arzulayıram ki, belə formatda görüş daha da genişlənsin,və Azərbaycan dövləti bu danışıqlar sırasında iştirak etsin”.
Bir daha qeyd edək ki, görüş 19 iyul 2022-ci ildə Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə baş tutacaq.
Vüqar Mehtizadə
Qərb Xəbər

Paylaş
Burada sizin reklamınız ola bilər