Tbilisidə aksiyalar 23-cü günündə davam edib
Paytaxt Tbilisinin Rustaveli prospektində 23 gündür ki, günün ikinci yarısından başlayaraq gecə saatlarına qədər etiraz aksiyaları keçirilir.
Qerbxeber.com Aktual.ge -ə istinadla xəbər verir ki, bu gün vətəndaşlar paytaxtın müxtəlif yerlərindən yürüşlər təşkil edib və saat 19:00-da bütün yürüşlər Rustaveli prospektində birləşib.
Hazırda Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Əllərində Gürcüstan və Avropa İttifaqının bayrağını dalğalandıran nümayişçilər ölkədə yenidən seçkilərin keçirilməsini və aksiyalar zamanı saxlanılanların sərbəst buraxılmasını tələb edirlər.




