Tbilisi Dövlət Konservatoriyasında Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününün 32-ci ildönümünə həsr olunmuş “Klassik Musiqi Gecəsi” adlı konsert proqramı təşkil edilib.
“Qərb Xəbər” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, konsert Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, Xan Şuşinski Fondu və Alyans Gənclər Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Gürcüstanda yaşayan azərbaycanlılarla yanaşı, gürcü ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Azərbaycanın incəsənət xadimləri – əməkdar artist Nərgiz Kərimova, beynəlxalq festival və müsabiqə laureatları, sənətkarlar Əminə Zülfüqarova, Nigar Həsənova və Gülsüm Xəlilova tərəfindən milli musiqiləri ifa olunub.