İqtisadiyyat

Taxıl zəmilərində biçin başa çatıb

11 iyun / 14:39 1 dəq
1d299ee2 2f92 4e4f 9df6 f8611a9054dd
11 iyun / 14:39
Burada sizin reklamınız ola bilər

Azərbaycanda taxıl biçini davam edir və indiyədək 15 0794,4 hektar sahədən 453 395,7 ton məhsul yığılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bugünədək ölkə üzrə zəmilərin 14,9 faizində biçin başa çatıb, .

Biçilən sahələrin 147 519 hektarı arpa, 3 275,4 hektarı buğda sahələridir. İyunun 11-nə olan operativ məlumata görə, orta məhsuldarlıq 30,1 sent/ha, arpa üzrə 30 sent/ha, buğda üzrə 34 sent/ha təşkil edir.

Biçin prosesinə 1 413 kombayn cəlb olunub. Bunlardan 517-si “Aqrolizinq” ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. “Aqrolizinq” tərəfindən məhsulun tez və itkisiz yığılması üçün biçinə başlanılmayan dağlıq və dağətəyi rayonlardakı bölmələrdən hazırda aktiv biçin prosesinin getdiyi Aran rayonlarına əlavə olaraq 185 kombayn dislokasiya olunub. Biçin prosesində hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 711 kombayn da iştirak edir. “Aqrolizinq”in kombaynları tərəfindən 58 382 ha, hüquqi və fiziki şəxslərin kombaynları tərəfindən 92 412,4 ha sahə biçilib.

Paylaş
Burada sizin reklamınız ola bilər