Xəbər

Tarif Şurasının səlahiyyətləri artırılıb

3 fevral / 13:57 1 dəq
Ilham
3 fevral / 13:57
Burada sizin reklamınız ola bilər

Tarif Şurasının səlahiyyətləri artırılıb.

“Qərb Xəbər” xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Tarif şurası tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasına (fiziki və ya texnoloji) görə məbləği müəyyən edəcək.

Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.

Tarif Şurası ödənişin məbləğini Nazirlər Kabinetinin müəyyən etdiyi metodologiya əsasında müəyyən edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər