Suriya müxalifəti ölkədəki 61 illik “Baass” rejimini 12 gün ərzində devirdikdən sonra dövlət bayrağında dəyişiklik edib.
Bu barədə Globalinfo.az haberler.com-a istinadən məlumat yayıb.
Məlumata görə, bayraq Dəməşqdəki dirəkdən çıxarılıb, əvəzində isə 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri müxalifətin istifadə etdiyi üçulduzlu bayraq sancılıb.
Qeyd edək ki, mərkəzində üç qırmızı ulduz olan bayraq yaşıl, ağ və qara rənglərdən ibarətdir. Bu bayraq ilk dəfə 1932-ci ildə qəbul edilib.
(Soldakı yeni, sağdakı köhnə bayraqdır)