NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Şimali Koreyanın raket və nüvə proqramlarını dəstəkləməsindən qorxduğunu bildirib.
Qerbxeber.com “TASS”a istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq ABŞ dövlət katibi Antoni Blinken ilə təşkil etdiyi mətbuat konfransı zamanı Rusiya Prezidentinin Şimali Koreyaya səfərinə də münasibət bildirib.
Putinin KXDR-ə səfəri və Rusiyanın bu ölkə, eləcə də Çin və İranla əlaqələrinin inkişafına cavab olaraq NATO-nun Yaponiya, Avstraliya və Cənubi Koreya ilə əlaqələri gücləndirəcəyini bildiriən Stoltenberq NATO-nun öz təhlükəsizliyini qlobal səviyyədə təmin etmək niyyətində olduğunu deyib.
“Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri bu ölkələr arasında, eləcə də Çin və İranla sıx əlaqələrini təsdiqləyir. Bu, həm də onu nümayiş etdirir ki, NATO-nun təhlükəsizliyi regional deyil, qlobal xarakter daşıyır. Avropada baş verənlər Asiya üçün, Asiyada baş verənlər isə Avropa üçün vacibdir. Biz artıq təhlükəsizliyi regional teatrlara bölə bilmərik. Hər şey bir-birinə bağlıdır və biz birlikdə hərəkət etməliyik”.