“Sputnik Azərbaycan”ın icrası direktoru azadlığa buraxıldı
Bakıda saxlanılan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azad edilib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Yuri Uşakovun sözlərinə görə, məsələnin həlli üzrə danışıqlar əsasən prezidentlərin köməkçiləri səviyyəsində aparılıb.
“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə birbaşa əlaqə saxlanılıb və qərar Vladimir Putinlə İlham Əliyevin Düşənbədəki görüşündən əvvəl qəbul edilib. Bu məsələnin operativ həlli iki ölkə prezidentləri ilə koordinasiyanın mümkünlüyü sayəsində reallaşıb”,- o qeyd edib.





